Hövzə XəbərAgentliyi | Son günlər sosial şəbəkə X platformasında “siyasi ekspert” kimi təqdim olunan bir şəxs tərəfindən paylaşılmış bir məqalədə İran İslam Respublikasının məmurları ABŞ-la düşmənçiliyi davam etdirməkdə və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıq etməməkdə ittiham olunmuşdur.
Lakin həqiqət budur ki, İranın Agentliklə qarşılıqlı münasibətlər tarixini az da olsa tanıyan hər kəs yaxşı bilir: İran İslam Respublikası qarşı tərəfin etimadını qazanmaq məqsədilə son onilliklər ərzində dəfələrlə öz öhdəliklərindən də artıq addımlar atmışdır. Elə dövrlər olub ki, bütün dinc nüvə fəaliyyətləri dayandırılmış, hətta İranın xoş niyyətini sübut etmək üçün reaktoru tamamilə beton ilə bağlamışdır. Nəticə nə oldu? Dinc nüvə fəaliyyətlərini müdafiə etməli olan həmin agentlik faktiki olaraq İran əleyhinə təzyiq və hücum vasitəsinə çevrildi.
İran uzun illərdir o cümlədən Obama zamanı baş tutmuş Sədabad razılaşmasından İran nüvə sazişinə qədər ABŞ-la danışıqlar yolunda irəliləyirdi. Lakin ABŞ-ın sonrakı prezidenti Donald Tramp, razılaşmanın demokratlar dövründə əldə edilməsini kifayət qədər səbəb sayaraq, onu “pis” adlandırdı və ondan birtərəfli qaydada çıxdı. Bir neçə ildən sonra isə Tramp administrasiyası ilə danışıqlar altıncı mərhələyə qədər irəliləmiş, bir çoxlarının fikrincə, anlaşma çox yaxın ikən İran silahlı hücuma məruz qaldı. Nəticədə günahsız qadın və uşaqlar həlak oldu. Daha çox diqqətçəkən budur ki, Tramp sonradan özü etiraf etdi: İsrail rejiminin İrana hücum etməsi üçün zəmin yaradan məhz o olmuşdur.
Bütün bunlara baxmayaraq, bu gün bəzi şəxslər “ekspert” adı ilə çıxış edərək İranı ittiham edirlər! Halbuki həmin şəxsin keçmiş fəaliyyəti göstərir ki, o, vaxtilə öz həmfikir qruplarının xoşuna gəlməyən bir fikir yazdıqda, təhqir və böyük hədələr ilə üzləşmiş, özü də bundan sonra heç nə yazmayacağını bəyan etmişdi. İndi isə geri dönərək fəaliyyətinə bu dəfə İran hakimiyyətinə qarşı əsassız hücumlarla başlayıb.
Bizim üçün eybi yoxdur yaz, danış. Lakin həqiqət gün kimi aydındır: İnqilab müdafiəçiləri və Hizbullah tərəfdarları heç vaxt sənin həmfikirlərin kimi təhqir və hədəyə əl atmırlar. Onlar məntiqlə, arqumentlə cavab verirlər. Bil ki, gün işığını heç nə sonsuza qədər örtə bilməz. Bir gün sizin rüsvayçılığınız aşkara çıxacaq.
Məhəmməd Kazım Kazimi, siyasi və beynəlxalq məsələlər üzrə analitik
Rəyiniz